Daha iki milli parkın hüquqi statusu müəyyənləşdi

16:16 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daha iki milli parkın hüquqi statusu müəyyənləşib.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.