Yazını böyüt
Yazını kiçilt
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen TV2 telekanalına bildirib ki, ölkə Almaniya ilə birlikdə Ukraynaya 80 Leopard 1 tankı təhvil verəcək.
Telekanalın məlumatına görə, hərbi texnika iyunun 1-dək Ukrayna qoşunlarının istifadəsinə hazır olacaq. Mart ayında Poulsien Danimarka, Almaniya və Hollandiyadan olan ilk Leopard 1 tanklarının mayın əvvəlində Ukraynaya təhvil veriləcəyini açıqlamışdı.