DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq

09:46 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında üçüncü yerin sahibini müəyyənləşdirəcək matç baş tutacaq.

Hafta.az xəbər verir ki, bürünc medal uğrunda mübarizədə Fransa yığması İngiltərə millisi ilə üz-üzə gələcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 18-dən 19-na keçən gecə saat 01:00-da səslənəcək.

Dünya çempionatı

Üçüncü yer

19 iyul

01:00. Fransa - İngiltərə.

Qeyd edək ki, turnirin final qarşılaşmasında Argentina millisi İspaniya yığması ilə çempionluq üçün üz-üzə gələcək.