“Delta” tropik fırtınası qasırğaya çevrilib

10:46 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Atlantik okeanda yaranmış “Delta” tropik fırtınası qasırğaya çevrilib. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Qasırğa daxilində küləyin sürəti saniyədə 33,5 metrdir. Hazırda tsiklon Yamaykanın Neqril şəhərindən 216 kilometr cənubdadır və saatda 13 kilometr sürətlə şimal-qərbə doğru irəliləyir.

Meteoroloqların hesablamalarına görə, Meksikanın cənubunda, Kubanın qərbində, Yamayka və Kayman adalarında güclü külək və yağış gözlənilir.