Dəm qazından boğulanlar var

11:10 01.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonununda dəm qazından ölüm hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Natiq Şahbazov küçəsi ev 5 ünvanında yaşayan Mikayılov Əfqan Qalib oğlu dəm qazından zəhərlənərək ölüb.

Sumqayıtda isə 17 yaşlı oğlan dəm qazından ölüb.

İnşaatçılar prospektində yaşayan 2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.