Deputat Ermənistan üçün fəlakətli nəticələr barədə xəbərdarlıq etdi

17:37 30.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Məndə olan məlumata görə, bu günlərdə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları ilə dolu olan çoxlu yük maşınları qayıdır.”

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin məlumatına görə,  bunu Ermənistan Milli Assambleyasındakı “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan öz “Facebook” səhifəsində yazıb.

“Yük maşınlarının sürücüləri və sahibkarlar bildirirlər ki, fitosanitar nəzarətin gücləndirilməsi nəticəsində qanun pozuntuları qeydə alınır və onların sərhədi keçməsinə icazə verilmir. Vəziyyətdən xəbər tutan bir çox yük maşını sürücüləri Yuxarı Larsa çatmadan Ermənistana qayıdıblar. Belə davam edərsə, iş adamları ciddi itkilərlə üzləşəcək. Mən dəfələrlə demişəm ki, bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Problemlə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərmişəm. Təcili tədbirlər görülməsə, soydaşlarımıza böyük zərər dəyəcək”, -deyə davamında erməni deputat həyəcan təbili çalıb.