Deputatlara çağırış - söyüş söyməyin, sosial şəbəkələrdə “lüks həyat”ınızı göstərməyin

10:32 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Vahid Rusiya partiyadan olan Dövlət Dumasının deputatları üçün ictimai yerlərdə davranış kodeksi hazırlayıb. Bu barədə RBC xəbər verir.

Kod 11 bənddən ibarətdir. Sənəddə bildirilir ki, “Vahid Rusiya” partiyanın nizamnamə etik normalarını əməli, sözü, mətni ilə pozmamalıdır; mövqe və bəyanatların partiyanın əsas nizamnamə dəyərləri ilə üst-üstə düşməsi zəruridir və s.; sosial şəbəkələrdə və ya mediada öz mövqeyini bildirməyə tələsməməyi tövsiyə edir; əvvəlcədən razılaşdırılmadan və ya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi açıqlanmadan beynəlxalq gündəmə, digər ölkələrdəki hərbi və daxili münaqişələrə dair şərh vermək qətiyyən xoş qarşılanmır; söyüş və jarqondan imtina edilməlidir; sosial şəbəkələrdə dəbdəbəli malların, ekzotik səyahətlərin və restoranların nümayiş etdirilməsi də tövsiyə edilmir – bütün bunlar ictimaiyyətin gözündə deputatların “imtiyazlı təbəqə” imicini yarada bilər.