Dərsliklərin Monitorinq Mərkəzi bu işləri görəcək

14:03 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AzEdu.az təhsil portalının nəzdində Dərsliklərin Monitorinq Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlətin təhsil siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.

 

Dərsliklərin Monitorinq mərkəzinin gələcək fəaliyyəti haqqında AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri danışıb.

 

E.Nuri bildirib ki, ilk növbədə təhsil üzrə tanınmış mütəxəssislərlə, hazırda təhsil sahəsində məsul və rəhbər vəzifədə çalışan şəxslərlə, eləcə də dərslik müəllifləri olan insanlarla məsləhətləşmə aparılıb:

 

"Bəziləri ilə şəxsi görüşdük, bəzilərindən virtual olaraq məsləhətlər aldıq. Sonra düşündük ki, bu prosesi, ideya halında olan işi gerçəkləşdirməyə dəyər. İdeyanın təşəbbüsü AzEdu.az təhsil portalının direktoru Elşad Eyvazlıdan gəldi. Öncə qeyri-rəsmi, informasiya tərəfinin olmaması şərti ilə məşvərət-məsləhət xarakterli görüşlər keçirildi. Görüşlərdəki insanların zəruri təkliflərini və faydalı düşüncələrini aldıqdan sonra qərara gəldik ki, bu mərkəzi hərəkətə gətirmək zəruridir”.

 

Baş redaktorun sözlərinə görə, dərsliyin kökündə çox vacib məsələlər yaranır:

 

"Adətən dərsliklərdəki problemlə bağlı danışıdıqda söyləyirik ki, hansısa çalışmada səhv buraxılıb, hansısa hərf səhv gedib. Xeyr, bu dərslik xətası deyil. Bu sadəcə mexaniki səhvdir. Bizim əsas prinsipimiz məhz həmin məsələni bundan sonra gündəmdə saxlamaq, dövlətin təhsil siyasətini, dərsliklərdəki vacib nöqsanların bir daha təkrarlanmamasının informasiya, vətəndaş cəmiyyəti olaraq həyata keçirməsinə nail olmaqdır. Əsas məqsədimiz rəsmi qurumlara bu işdə yardımçı olmaq və vətəndaşları, təhsil verənləri, eləcədə təhsil alanları və onların valideynlərini bu istiqamatlərdə məlumatlandırmaqdır".

 

E. Nuri qeyd edib ki, ilk iş dərsliklərin ümumi monitorinqi olub:

 

"Nöqsanlar ümumiləşdirildi. Bundan sonrakı müddətdə əsas proses hər fənn üzrə qüsurların monitorinqini aparmaq çatışmazlıqları demək oldu. Dərslik təhsilin əsas sütununu, bünövrəsini təşkil edir. kimi. Bu gün dərsliyin necəliyi, bizim təhsilin ümumi mənzərəsini özündə əks etidirir. Bugünkü dərslik prorqramımız necədirsə, təhsilimizin də səviyyəsi elədir. Bu gün təhsil nazirliyinin təsdiqlədiyi dərsliyin proqramı, DİM-in özünə məxsus olan qeyri-rəsmi proqramı ilə uyuşmadığı üçün, hətta ondan geri qaldığı üçün bizim təhsildə repetitor asılılığı öz sözünü deyir”.

Oxunma sayı 167