DGK sədri Qobustan və Şamaxı sakinləri ilə görüşəcək

14:04 16.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov sentyabrın 20-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev pr. 1d) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən hafta.az-a bildirilib ki, görüş zamanı Qobustan və Şamaxı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.