Kremlin sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Peskovanın ortağı olan “Centrum Moscow” bir il ərzində gəlirlərini onlarla dəfə artırıb.
Hafta.az-ın “Verstka”ya istinadən yazdığına görə, tədbir biznesi ilə məşğul olan şirkət 2022-ci ildə əvvəlki ilə nisbətən 70 dəfə çox gəlir əldə edib. 2021-ci ildə cəmi 24614 dollar qazanan şirkətin 2022-ci ildə gəlirini 1 milyon 770 min dollara yüksəltdiyi üzə çıxıb.
Ötən il Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu "Made in Russia" şirkətinin müştəriləri arasında Rusiya Ticarət və Sənaye Nazirliyi, Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Rusiya Balıqçılar Federasiyası da daxil olmaqla bir çox dövlət qurumları olub.
Peskovanın 30 faizinin sahibi olduğu şirkət yarmarka və sərgi sahələrinin dizaynını həyata keçirir. 2004-cü ildə qurulan şirkət 2021-ci ilə qədər fəaliyyətsiz idi və gəlirləri barədə hesabat vermirdi.
ABŞ Maliyyə Nazirliyi Ukraynada müharibənin başlamasından sonra ötən ilin martında Dmitri Peskov və qızı Yelizaveta Peskovanı sanksiyalar siyahısına əlavə edib. Maliyyə Nazirliyinin açıqlamasında ailəsinin dəbdəbəli həyat tərzinin Peskovun maaşına uyğun gəlmədiyi bildirilib. Eynilə, Peskov və qızı Avropa Birliyinin sanksiya siyahısına da salınıb. Peskova daha sonra fərqli mədəniyyətləri tanımaq üçün səyahət etməyi xoşladığı üçün bu qərarından peşman olduğunu bildirib.
Yelizaveta Peskova İnstaqram hesabında Ukrayna müharibəsinin əvvəlində "müharibəyə yox" sözləri ilə yazı yazmışdı və bu postu bir müddət əvvəl silmişdi.