Yazını böyüt
Yazını kiçilt
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən hafta.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək.
Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejiminin Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etdiyi nəzərə alınaraq, Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir.