Dollar ifadəsində maaşlar iki dəfə azalıb

10:45 15.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi statistika göstərir ki, bu il Rusiya vətəndaşlarının real gəlirləri 4 faizdən çox artıb. Lakin rublla ifadə olunan gəlirlər dollara çevrildikdə fərqli mənzərə yaranır.

Hafta.az-ın yazdığına görə, son onillikdə gəlir göstəriciləri və valyuta məzənnələrini müqayisə edən “Nezavisimaya qazeta” 2013-cü ildən bu yana dollar ifadəsində gəlirlərin iki dəfə azaldığını yazır.

2013-cü ildə 1000 dollardan çox olacağı hesablanan orta gəlir bu gün rubla nisbətdə məzənnənin dəyişməsi səbəbindən 500 dollardan aşağı düşüb.

Qəzet xatırladıb ki, 2013-cü ildə 38300 rubl olaraq elan edilən orta gəlir o günün məzənnəsi ilə 1100 dollara uyğun gəlirdi. “Rosstat”ın 2023-cü ildə açıqladığı orta hesabla 47800 rublun ekvivalenti 500 dollardan azdır.

Qəzet İqtisadi İnkişaf Nazirliyinin ilin sonuna dolların məzənnəsi ilə bağlı proqnozunu 94 rubl təşkil edib. Nazirliyin gözləntiləri 2024-cü ilin ortalarına kimi dolların 90 rubla qədər ucuzlaşacağıdır.