Yazını böyüt
Yazını kiçilt
Moskva birjasının açılışında dolların məzənnəsi 0,61 faiz artaraq 92,27 rubl təşkil edib.
Hafta.az-ın yazdığına görə, beləliklə, iyulun 7-dən bəri dollar ilk dəfə olaraq 92 rubl limitini keçib.
Avro isə 0,62 faiz artaraq 101,55 rubl həddinə yüksəlib. Çin yuanı 0,66 faiz artaraq 12,89 rubl olub.
Məzənnə artımı ilə əlaqədar olaraq, Moskva birjasının indeksi ötən həftə Ukraynada gedən qanlı müharibənin başlamasından bəri ilk dəfə 3 min bəndi keçib. Ekspertlər birjadaki bahalaşmanı rublun ucuzlaşması və neftin qiymətinin artması ilə əlaqələndirirlər.