Dollar kəskin ucuzlaşdı

17:45 15.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə dolların məzənnəsi kəskin ucuzlaşıb, şekel isə möhkəmlənməkdə davam edir.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, son 30 ildə ilk dəfə olaraq ABŞ dolları 3 şekel səviyyəsindən aşağı düşərək hazırda 2,99 şekel səviyyəsində ticarət olunur.

Məlumata görə, İranla müharibədən sonra investorların İsrail iqtisadiyyatına inamı daha da artıb. Eyni fikri isə İran və onun milli valyutası barədə demək mümkün deyil.