Dörd koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

11:37 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

 

İstintaq araşdırmaları davam etdirilir.