Dörd rayonda qaz olmayacaq

12:10 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qaz İxrac" İdarəsinə məxsus "Astara-Qazıməmməd" magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 10 mart 2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılıb.

 

"Azəriqaz" İB-dən hafta.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə mavi yanacağın verilməsində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.