Dördotaqlı evdə yanğın baş verib

15:34 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan 4 otaqlı evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Hafta.az-a verilən məlumata görə, yüksək temperaturdan otağın plastikdən ibarət pəncərələri və digər otaqda kondisioner əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.