Yazını böyüt
Yazını kiçilt
On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:25-dək olan məlumata görə, 45 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.