DSMF-nin gəlirləri artıb

11:49 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.

Fonddan hafta.az-a verilən məlumata görə, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib.

Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb.

Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimalllaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib.