Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar

15:03 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya Kuboku keçirilib.

Hafta.az xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900, Mədinə Mustafayeva və Vladimir Dolmatov cütlüyü isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olub. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.