Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının premyerası olub.
Hafta.az xəbər verir ki, Teatrın məlumatına görə, yeni səhnə əsəri klassik komediyanın ruhu qorunaraq, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilib.
İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, xoreoqraf Gülməmməd Şahverdiyev, rejissor assistenti isə Sona Məhərrəmovadır.
Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov, Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu və Hüseyn Bayramov iştirak edirlər.