42 yaşlı qadın Pirşağıda dənizdə batdı

17:57 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir nəfər dənizdə batıb.

Hafta.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovanın meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.