“Dubay Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunda Novruz bayramı konserti təşkil edilib - FOTO

15:48 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Başa çatmaqda olan “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Novruz bayramı günlərində növbəti ziyarətçi axını yaşanır.

Novruz bayramı ilə əlaqədar təşkil olunan şənliklər və pavilyondakı ekspozisiyalar böyük maraqla qarşılanıb.

Ötən gün “Dubay Expo 2020” sərgisi çərçivəsində Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və Azərbaycanın Dubaydakı baş konsulluğunun birgə təşkilatçılığı ilə Novruz bayramı konserti olub. Müxtəlif ölkələrdən olan qonaqların iştirakı ilə keçirilən konsertdə Xalq artisti Tünzalə Ağayevə öz repertuarından sevilən mahnıları ifa edib. “Dubay Ekspo 2020” sərgisinə gələn ziyarətçilər Azərbaycan pavilyonunda təşkil olunan Novruz bayramı konsertini böyük maraqla qarşılayıb, milli musiqimizin sədaları altında rəqs ediblər.

Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən Novruzun əsas rəmzlərindən olan paxlava və şəkərbura təqdim olunub.

Qarşıdakı günlərdə də milli pavilyonda Novruz şənlikləri konsert proqramları ilə davam edəcək. Bayram günlərində Dubayda olan hər kəs “Ekspo 2020”nin son günlərini Azərbaycan pavilyonunda daha da maraqlı edə bilər.