Dünya İqtisadi Foruimunun iclası apreldə Ər-Riyadda keçiriləcək

11:17 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı bu ilin aprel ayında Ər-Riyadda Dünya İqtisadi Forumunun (WEF) xüsusi iclasına ev sahibliyi edəcək.

Hafta.az-ın yazdığına görə, cümə axşamı keçirilən "Səudiyyə Ərəbistanı: Qarşıdakı Kurs" panelində Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Feysəl əl-İbrahim tədbirin qlobal əməkdaşlıq, inkişaf və enerjiyə yönəldiyini vurğulayıb. O, Ər-Riyadın müxtəlif sektorlar üçün bir mərkəz və qlobal düşüncə liderliyi mərkəzi kimi ortaya çıxan rolundan söz açıb.

WEF-in prezidenti Borge Brende qlobal əməkdaşlığın, xüsusilə də iqtisadi artımın canlandırılması və enerjinin inkişaf ehtiyaclarının həllində vacibliyini qeyd edib.

Aprelin 28-i və 29-na planlaşdırılan görüş, “Covid-19”un başlanğıcından bəri ənənəvi Davos forumları xaricində ilk xüsusi WEF toplantısıdır. Brende tədbirə ev sahibliyi etmək barədə qərarına görə Səudiyyə Ərəbistanı rəhbərliyinə minnətdarlığını bildirib.