Dünyada ən çox qızıl ehtiyyatına malik ölkələrin siyahısı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, əvvəllər də olduğu kimi, siyahıda ilk yeri ABŞ tutur - 8133,5 ton. İkinci yeri tutan Almaniyanın 3377,9 ton, üçüncü pillədə qərarlaşan BVF-nin 2814 ton, dördüncü yerin sahibi İtaliyanın 2452,8 ton, beşinci pillədə dayanan Fransanın 2435,8 ton qızıl ehtiyyatı var.
Məlumata əsasən siyahıda altıncı yer Çinə məxsusdur – 1842,6 ton qızılı var. Yeddinci yerdə qərarlaşan Rusiyanın 1615,2 ton, səkizinci pillədəki İsveçrənin 1040 ton, doqquzuncu olan Yaponiyanın 765,2 ton, ilk onluğu tamamlayan Niderlandın isə 612,5 ton qızıl varlığı mövcuddur. Qardaş Türkiyə siyahıda 11-ci pillədə qərar tutub – 564,8 ton.
Dünyada ən çox qızılı olan 20 ölkənin siyahısı daha sonra belə davam edir: 12-ci pillədə - Hindistan (557,8 ton), 13-cü pillədə Cənubi Koreya (423,6 ton), 14-cü pillədə Portuqaliya (382,4 ton), 15-ci yerdə Səudiyyə ərəbistanı (322,9), 16-cı yerdə İngiltərə (310,3 ton), 17-ci pillədə Livan (286,8 ton), 18-ci yerdə İspaniya (281,6 ton), 19-cu pillədə Avstriya (280 ton) və nəhayət, iyirmiliyin siyahısının son pilləsində Qazaxıstan (254,7) yer tutub.