Dünya üzrə təbii qazın qiyməti hansı ölkədə daha ucuzdur? Bu suala cavab verən RİA İnformasiya Agentliyinə görə, ən ucuz qaz MDB məkanındadır.
Hafta.az-ın yazdığına görə, qazın ucuz olduğu ölkələrin siyahısına Qazaxıstan başçılıq edir. Bu türk dövlətində qazın hər kubmetri üçün abonent cəmi 4,1 rubl ödəyir ki, bu da Azərbaycan valyutası ilə 11 qəpik edir. Siyahıda ikinci yerdə qərarlaşan Rusiyada qazın 1 kubmetri 6,7 rubla (17 qəpik), üçüncü yerdə olan Belarusda isə 9,7 rubla (25 qəpik) satılır.
Siyahıda ilk beşliyi Türkiyə və Macarıstan tamamlayır.
Qazın istehlakçıya ən baha satıldığı ölkələr isə Şimali və Qərbi Avropa ölkələri, daha konkret desək İsveç və Danimarkadır. Məlumata əsasən İsveçdə 1 kubmetr qazın qiyməti 137 rubl (3 manat 72 qəpik), Danimarkada isə 80 rubldır (2 manat 18 qəpik).