Dünyada məcburi köçkünlərin sayı 100 milyona çatıb

10:25 21.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada artıq 100 milyon insan məcburi köçkün hesab olunur.

Hafta.az-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quttereş bildirib.

"Məcburi köçkünlərin ümumi sayı 100 milyona çatdı - bu bizim dövrümüzün acı bir sübutudur", - deyə A.Quterreş Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlamasında bildirib.

Baş katib xatırladıb ki, BMT-nin fikrincə, Ukraynadakı vəziyyət “İkinci Dünya Müharibəsindən sonra Avropada insanların ən böyük və ən sürətli köçməsinə səbəb olub”.