Dünyanın 5-ci ən böyük konteyner daşıma şirkəti Süveyş kanalından keçməyəcək

11:25 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Hapag-Lloyd şirkəti təhlükəsizlik səbəbiylə gəmilərini Süveyş kanalından Ümid burnuna yönəltməyə davam edəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, dünyanın beşinci ən böyük konteyner daşıma şirkətinin sözçüsü "Biz hələ də vəziyyətin ciddi olduğunu düşünürük" deyib və əlavə edib ki, gündəlik təkrar qiymətləndirmələr aparılır, növbəti qərarlar yanvarın 15-də veriləcək.

İranın dəstəklədiyi Yəmən silahlı Husi qruplaşması qlobal ticarəti pozaraq ticarət gəmilərini hədəf aldıqdan sonra Hapag-Lloyd Qırmızı dəniz bölgəsindən yan keçir. Bu da öz növbəsində Misirin Süveyş kanalından götürdüyü gəlirə mənfi təsir edəcək.