Dünyanın ən böyük litium istehsalçıları

09:10 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müasir dünyada əhəmiyyətinə görə neftlə eyni səviyyəyə qalxan litiumdan indi daha çox bəhs edilir.

Hafta.az-ın “İnvesting News”a istinadən yazdığına görə, gündən-günə benzinlə işləyən avtomobilləri sıradan çıxararaq bazarda möhkəmlənən elektrikli avtomobillərin batareyası məhz litiumdan istehsal olunur. Bu mineralın ehtiyyatı isə ölkələr üzrə həm bərabər deyil həm də ümumiyyətlə, neft qədər böyük yataqlara malik deyil.

Qeyd edək ki, elektrikli nəqliyyat vasitələrinin və portativ cihazların əvəzsiz enerji mənbəyi olan litium istehsalının təxminən 80 faizi batareya istehsalında, qalan hissəsi isə digər sənayelərdə istifadə olunur. Xüsusilə, litiumun 7 faizi keramika və şüşə sənayesində, 4 faizi isə yağlama məhsullarında istifadə edilir.

ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) məlumatlarına görə, dünyanın ən böyük litium istehsalçıları olan ölkələr enerji saxlama və elektrik avtomobil bazarındakı tələbi ödəmək üçün istehsallarını artırmağa davam edirlər.

2023 və 2024-cü illərin əvvəlində dünyanın ən böyük litium istehsal edən ölkələrinin reytinqi belədir:

1. Avstraliya 86 min metrik ton; 2. Çili 44 min metrik ton; 3. Çin 33 min metrik ton; 4. Argentina 9600 metrik ton; 5. Braziliya 4900 metrik ton; 6. Zimbabve 3400 metrik ton; 7. Kanada 3400 metrik ton; 8. Portuqaliya 380 metrik ton.