Dünyanın ən böyük TANK DONANMALARI

08:05 11.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanklar qlobal hərbi güc balansında mühüm rol oynamaqda davam edir. 2025-ci ildən etibarən Çin, Rusiya və ABŞ həm say, həm də texnologiya baxımından liderdir, Türkiyə kimi regional güclər də yerli istehsal layihələri və aktiv tank donanması ilə ön plana çıxır.

Hafta.az-ın yazdığına görə, müasir döyüş meydanlarında hava və dəniz gücü hər şeydən üstün olsa da, quru qoşunlarının onurğa sütunu olan tanklar strateji çəkindirmə üçün həlledici əhəmiyyətə malikdir.

Türkiyə 2238 tankla dünya miqyasında 8-ci yerdə qərarlaşıb. Altay tankı simvolik olaraq siyahıda görünsə də, Türkiyənin Leopard və M60 da daxil olmaqla müxtəlif modellərdən ibarət böyük tank donanması var. Türkiyənin siyahıda Cənubi Koreyanı iki tankla üstələməsi diqqət çəkir.

Beləliklə, 2025-ci ilə olan məlumata əsasən ən böyük tank donanmasına malik ölkələr aşağıdakılardır:

1. Çində 6800 tank, 2. Rusiyada 5750 tank. 3. ABŞ-da 4640 tank, 4. Şimali Koreyada 3344 tank, 5. Hindistanda 4201 tank, 6. Misirdə 3620 tank, 7. Pakistanda 2627 tank, 8. Türkiyədə 2238 tank, 9. Cənubi Koreyada 2236 tank, 10. İranda 1713 tank, 11. Əlcəzairdə 1485 tank, 12. İordaniyada 1458 tank, 13. Vyetnamda 1374 tank, 14. Yunanıstanda 1344 tank, 15. İsraildə 1300 tank, 16. Ukraynada 1114 tank, 17. İraqda 1025 tank, 18. Mərakeşdə 903 tank, 19. Tayvanda 888 tank, 20. Səudiyyə Ərəbistanında 840 tank.