Yazını böyüt
Yazını kiçilt
Kaliforniyada yerləşən “Nvidia” texnologiya şirkəti dünyanın ən dəyərli şirkəti olub. Microsoft-u geridə qoyaraq, “Nvidia” 3,34 trilyon dollar dəyərlə dünyanın ən dəyərli şirkətləri siyahısında birinci yerə çıxıb.
Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, “Nvidia”nın Nasdaq birjasında satılan səhmləri ötən gecə 3 faizdən çox dəyər qazanaraq hər səhm üçün 135,96 dollara yüksəlib.
“Nvidia” dünyanın ən dəyərli şirkəti olarkən, “Microsoft” 3,32 trilyon dollarlıq bazar dəyəri ilə ikinci yerdə qərarlaşıb.
Mütəxəssislər “Nvidia” səhmlərinə tələbin artmasının arxasında onun istehsal etdiyi süni intellekt çiplərinə tələbatın artdığını düşünür. “Nvidia”nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçdi.