Ginnesin Rekordlar Kitabı dünyanın ən qısaboy insanının adını açıqlayıb. Boyu 65 santimetr olan kişinin yüngül olduğu üçün smartfonu daşıya bilmədiyi açıqlanıb.
Ölkənin şimalında yaşayan Afşin Esmaeil Ghaderzade Ginnesin Rekordlar Kitabı tərəfindən ən qısaboy insan seçilib.
Boyu 65,24 santimetr olan 20 yaşlı oğlanımın çəkisi cəmi 6,5 kiloqramdır.
Smartfonu ağır olduğu üçün daşıya bilmədiyini bildirən 20 yaşlı gəncin xəyalları dünyanın ən hündür tikilisi olan Bürc Xəlifəni görmək olub.
Rekordun yeni sahibi olmaq üçün Dubayda Ginnes rəsmiləri ilə görüşən Qədirzadənin bu arzusu gerçəkləşib.
Afşinin boyu burada 24 saat ərzində 3 dəfə ölçülərək onun dünyada ən qısaboy insan olduğunu təsdiqləyib.
Bu rekordun əvvəlki sahibi Edvard Hernandezin boyu 72 santimetr idi.
İranın yeni rekordçusu 36 yaşlı rəqibindən 7 santimetr qısa olduğu üçün Ginnesin Rekordlar Kitabına düşə bilib.
Məktəbə gedə bilməyən yeni rekordçu illər sonra yazıb-oxumağı öyrənib.