Qlobal iqtisadiyyatda baş verən dalğalanmalar bir çox ölkələrin valyutalarının dəyərinə həmişəkindən daha çox təsir edir. Dünyanın ən qiymətli valyutalarını araşdıran “B2Press”in araşdırmasına görə, 193 ölkə arasında Küveyt dinarı birinci, İran rialı isə sonuncu yerdədir.
Hafta.az-ın “B2Press”ə istinadən yazdığına görə, ən dəyərli pul vahidi Küveyt dinarıdər və onu ardıcıllığı ilə Bəhreyn dinarı, Oman rialı, İordaniya dinarı və ingilis funtu izləyir.
“B2Press”in araşdırdığı 2019-cu ilin ən dəyərli valyutaları siyahısında ilk 4 ölkənin Ərəbistan yarımadasından olması diqqət çəkib. Digər maraqlı məqam isə siyahıda ilk 10-luqda yer alan Kuba pesosunun ABŞ dolları ilə eyni dəyərə malik olması və iki valyutanın siyahıda 8-ci və 9-cu pillələrdə yer almasıdır.
Dünyanın ən dəyərsiz valyutası İran rialı, ikinci yerdə Vyetnam donqu və üçüncü pillədə İndoneziya rupisi gəlir.
Ən dəyərli 10 valyuta bunlardır: 1. Küveyt dinarı, 2. Bəhreyn dinarı, 3. Oman rialı, 4. İordaniya dinarı, 5. İngilis funtu, 6. Kayman adaları dolları, 7. Avro, 8. ABŞ dollar, 9. Kuba pesosu, 10. İsveçrə frankı.