DYP gücləndirilmiş qaydada tədbirlərə başlayıb

13:21 20.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib”.


Hafta.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli mətbuata açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:


“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yollların hərəkət istiqamətlərini zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlərə başlayıb və bu proses davam edəcək. Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Oxunma sayı 21