Ebeko vulkanı püskürdü

11:12 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kuril silsiləsinin Paramuşire adasında yerləşən Ebeko vulkanı tüstü püskürüb.

Hafta.az-ın məlumatına görə, tüstünün hündürlüyü 2,5 km-ə çatıb və cənubi-qərb istiqamətində 3 km məsafəyə yayılıb.

Xatırladaq ki, Ebeko vulkanı sonuncu dəfə 2016-cı il noyabrın ortalarında aktivləşmişdi.