ƏƏSMN 9 ay ərzində 343 mindən çox vətəndaşı qəbul edib

11:46 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 469 vətəndaşın qəbulu həyata keçirilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə onlardan 2 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.

Bu ilin 9 ayında Nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib.

Müraciətlərin 313 215-i Nazirlik və qurumları tərəfindən, 594 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Oxunma sayı 18