Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın şimalında Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 35 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə hafta.az “Hasht-e subh” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, partlayış qurbanlarının əksəriyyəti məktəbin şagirdləridir. Ölənlərin cəsədlərinin çıxarılması və yaralıların məktəb binasından çıxarılması prosesi davam edir. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.
Hadisə əyalətin paytaxtı Aybak şəhərində günorta namazı vaxtı baş verib. Taliban hərəkatı tərəfindən təyin edilmiş yerli administrasiyanın nümayəndələrindən rəsmi şərh verilməyib.