Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın şimal-qərbindəki Bəlx vilayətinin inzibati mərkəzi olan Məzari Şərif şəhərində sırf qadınlar üçün ticarət mərkəzinin istifadəyə verildiyi bildirilir.
Hafta.az-ın yazdığına görə, ticarət mərkəzi İslam Peyğəmbəri Hz. Məhəmmədin xanımının şərəfinə “Xaticei Kübra” adlandırılıb.
Sözügedən ticarət mərkəzində satıcı işləyən qadın, əvvəllər ayda 400-500 dollar olan dükanların icarəhaqqının öncə 14 dollara endirildiyini söyləyib. Dükanın sahibi Məryəm Cəlali əlavə edib ki, Məzari Şərif bələdiyyə sədrinin göstərişi ilə kirayələr 5 dollara endirilib.
Məryəm Cəlali "heç kimə öz ana-atası belə yaxşılıq etməz" deyib.
“Xaticei Kübra” adlanan ticarət mərkəzində yalnız qadınların alış-veriş etməsinə və mağaza açmasına icazə verilir.