Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ölkədə baş verənlərə görə ABŞ-ın günahkar olduğunu deyib. Bu barədə “The Washington Post” yazır.
Onun sözlərinə görə, Əfqanıstandakı müharibə onların müharibəsi deyildi.
“Mən Əfqanıstan şəhərlərinə və evlərinə qarşı bu müharibədə ABŞ-la əməkdaşlıq etməmişəm. Terrorizm üzərində qələbə bayrağı altında aparılan müharibənin əslində Əfqan xalqına qarşı aparıldığını anlayandan sonra dəyişdim”, - deyə Kərzai bildirib.
O, bu səbəbdən Taliban hökumətini “qardaş” adlandırdığını vurğulayıb. Nəşr qeyd edir ki, Taliban hər zaman Kərzayı düşmən hesab edib.
Bundan əvvəl Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki radikal Taliban hərəkatı qarşısında Əfqanıstanın yeni hökumətinin tanınması üçün bütün şərtlərin yerinə yetirildiyini bildirib.