Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Hafta.az-ın məlumatına görə, iclasda komissiyaya daxil olan 100-dən çox müraciətə baxılıb.
Həmçinin bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlər olacaq. İlk iclasda 100-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
***
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Hafta.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.