Əgər Ermənistan Türkiyə ilə əlaqələr yaratmaq istəyirsə... - Açıqlama

17:06 21.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var və  torpaqların bir qismi hələ ki, suveren deyil. Türkiyəyə qarşı da soyqırım iddiası və ərazi iddiaları yer alır. Ermənistanın öz konstitusiyasından “soyqırımı” iddiasını çıxarması, ərazi iddilarından əl çəkməsi, sərhədlərin delimitasiya və demorkasiya prosesini uzatmaması, Zəngəzur dəhlizinin açılmasına maneə yaradılmaması və sair məsələlər danışıqların predmetidir.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib:

"Bu gün Ermənistan düşmənçilik siyasəti yeritdiyi halda Türkiyə-Ermənistan münasibətləri normal inkişaf edə bilməz. Əgər Ermənistan Türkiyə ilə əlaqələr yaratmaq istəyirsə, kimsə də onu bu danışıqlara məcbur etməyəcək. Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə Ermənistandan asılı deyil, Ermənistan Türkiyədən asılıdır. Ermənilər istəyir ki, Türkiyə ilə sərhədləri açsınlar və onların hesabına inkişaf eləsinlər. Ermənistan İstanbulun bir küçəsi boydadır. Elə Türkiyənin bir futbol komandasının büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ona görə də Ermənistan qonşu dövlətlərlə normal əlaqələr qurmaq istəyirsə, özü də buna çalışmalı və revanşist iddialarından əl çəkməlidir. Əgər Rusiya kənara çəkilərsə, Ermənistanda sağlam qüvvələr mövqe ortaya qoyacaqsa əlbəttə ki, müsbət addımlar atılacaq. Əks halda nəticələri Ermənistan üçün üçün ağır olacaq. Yenə ermənilər uduzacaq".

Oxunma sayı 88
Siyasət rubrikasından digər xəbərlər