Əhalinin gəlirləri 6 faizdən çox artıb

17:07 13.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.