Əlcəzair Meteorologiya Xidməti isti hava dalğası üçün xəbərdarlıq səviyyəsini narıncıdan qırmızıya yüksəldib və ölkədə temperaturun 48 dərəcədən yuxarı qalxıdığını açıqlayıb.
Hafta.az yazır ki, Əlcəzair Meteorologiya İdarəsinin təsnifatlarına görə, narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənilən olduğunu, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.
Əlcəzair Mülki Müdafiə Rəyasət Heyəti dünən hədsiz istilərə görə ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, havadan və qurudan söndürmə işlərinin davam etdiyini açıqlayıb. Rəyasət Heyətindən verilən açıqlamasında deyilir ki, əsas yanğın hadisələri şimaldakı Tipaza, Buveyra, Bicaya, Mustağanim, Setif, Skikda və Cicil şəhərləri ətrafındakı meşələrdə qeydə alınıb.
Rəhbərlik Buveyra şəhərində yanğına havadan da müdaxilə edildiyini və indiyədək can itkisinin yaşanmadığı bildirib, buna baxmayaraq yenə də insanları diqqətli olmağa çağırıb.
Əlcəzair səlahiyyətliləri həftələrdir davam edən isti dalğasının meşə yanğınlarına səbəb ola biləcəyi ərəfəsində yüksək həyəcan vəziyyətinin işə salındığını açıqlamışdı.
Təxminən bir aya yaxındır ki, Əlcəzairin paytaxtında 48, digər yerlərdə isə 50 dərəcə istilik rekordu müşahidə olunur.