Elektrik kabeli oğurlayan tutuldu

12:39 11.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb.

Hafta.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.