Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşdü

17:55 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazir Əli Əsədov bu gün İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə İordaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi vurğulanıb. 

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.

Görüşdə Azərbaycan ilə İordaniya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.