Elm və təhsil komitəsinin sədr müavini nazirin təklifini dəstəklədi

16:11 05.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Təhsil yaşının aşağı salınması təklifi həyatımızın gerçəkliyindən irəli gəlir. Heç kəsə sirr deyil ki, bu gün 5 yaşlı uşaqların bir çoxu əlifbanı bilir, şeirlər bilir, şəkil çəkmək bacarıqları var. Onlar kompüterdən, planşetdən də istfadə edə bilirlər. Əlbəttə, burada ümumiləşdirmə aparmaq istəməzdim. Yaş həddinin aşağı salınması məsələsinə heç şübhəsiz uşaqların fiziki və psixoloji hazırlığı məsələsi də təsir edəcək”.

Bu fikirləri hafta.az-a təhsil naziri Emin Əmrullayevin uşaqların məktəbə başlama yaşının azaldılması ilə bağlı təklifini dəyərləndirənkən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili vurğulayıb ki, bəzi uşaqlar məktəbə getməkdə olduqca həvəslidirlər: “Gözümüzün önündə bəzi uşaqların məktəbə getmək həvəsinin də olduğunu görürük. Hesab edirəm ki, bu məsələ gec-tez həllini tapmalıdır”.