Elm və təhsil naziri: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb ixtisasının tədrisi də planlaşdırılır

17:20 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilkin olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb ixtisasının tədrisini planlaşdırırıq”.

Nazir tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını qeyd edib: “Akademik dəstək Türkiyə, inzibati, maliyyə dəstəyi isə Azərbaycan tərəfindən göstəriləcək.

Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”.

Oxunma sayı 50