Elm və Təhsil Nazirliyi tabeliyində agentliklər yaradılacaq

11:55 23.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyi tabeliyində agentliklərin yaradılması istiqamətində işlərə başlanılıb.

Hafta.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır.

“Bəzən qeyd edirlər ki, bu qərar AMEA-nın ləğvidir. Lakin bu doğru deyil, hər iki qurum öz nizamnamələrini hazırlayır”, - deyə nazir əlavə edib.