Yazını böyüt
Yazını kiçilt
Bu il Moskvada bir restoranda ödənilən ən yüksək hesabın 2,25 milyon rubl olduğu açıqlanıb. Bu isə təxminən 30 min dollara uyğun gəlir.
Hafta.az-ın yazdığına görə, Sberbank-ın apardığı araşdırmada bu məbləğin hansı restoranda və hansı yeməklər üçün ödənildiyi barədə məlumat daxil edilməyib.
Yemək üçün ən çox ödənilən ikinci və üçüncü yerlər 1,84 milyon və 1,78 milyon rublla Krasnoyarsk diyarına məxsusdur.
Analitiklər qeyd edirlər ki, son bir ildə Moskvada restoranlarda ödənilən orta hesab 15 faiz artıb. Restoranlarda orta hesabla 1251 rubl, barlarda 1289 rubl, fast food müəssisələrində isə 387 rubl təşkil edir.
Son bir ildə moskvalılar fast food üçün 32 milyon dəfə hesab ödəyib, restoranlarda isə bu rəqəm 8 milyon dəfə olaraq qalıb.