İnternetsiz yaşamağın qeyri-mümkünə çevrildiyi bu günlərdə maraqlı bir araşdırma aparılıb.
Hafta.az-ın yazdığına görə, “İnternet World Stats” tərəfindən aparılan araşdırmada dünya üzrə ən çox internet istifadəçisinə malik ölkələrin siyahısı dərc olunub.
Gözlənildiyi kimi, çox cüzi istisnalar olmaqla, internet istifadəçilirinin sayı ölkələrin əhalisinin sayına görə uyğun şəkildə sıralanıb.
Siyahı aşağıdakı kimidir:
1. Çin 1 milyard, 2. Hindistan 833,7 milyon, 3. ABŞ 312,3 milyon, 4. İndoneziya 212,4 milyon, 5. Braziliya 178,1 milyon, 6. Nigeriya 154,3 milyon, 7. Banqladeş 129,2 milyon, 8. Rusiya 124,6 milyon, 9. Yaponiya 118,6 milyon, 10. Pakistan 116 milyon.
Qardaş ölkə Türkiyə siyahıda 16-cı pillədə qərarlaşıb. Bu ölkədə 72,5 milyon internet istifadəçisi yaşayır.